Türkiyənin məşhur simaları Kıvanç Tatlıtuğ və Çağatay Ulusoy birlikdə öz şərablarını istehsal edəcəklər.
Unikal.org xəbər verir ki, iki ən yaxın dost kimi tanınan aktyorlar Trakiyada 10 hektar üzüm bağları alıblar. Belə ki, 15 il əvvəl zəngin iş adamı tərəfindən qurulan "Şərab kəndi"ndə üzüm sahəsi alan məşhurlar öz şərablarını istehsal etməyi hədəfləyirlər.
Hələlik, şərabın adını açıqlamasalar da, sahəyə yüksək sərmayə qoyublar.