Xarici görünüşü və sosial şəbəkədə etdiyi paylaşımları ilə gündəm olmağı bacaran aktrisa Çimnaz Sultanova Zaur Kamalın verilişində qonaq olub.
Unikal.org xəbər verir ki, aktrisa Zaurun suallarına hazırcavablığı ilə diqqət çəkib.
Belə ki, Zaurun "Nə vaxt həyəcanlanırsan?" sualına, Çimnaz "Hamam otağından çıxanda özüm-özümə güzgüdə baxanda elə həyəcanlanıram ki... Başqa şey denən",- deyə cavablandırıb.
Zaur aktrisanın sözünü yarıda kəsərək "Mən sizi bilirsiniz nə vəziyyətdə görmək istərdim?" deyib. Çimnaz aparıcıya fikrini tamamlamağa imkan verməyib:
"Onu sonra, onu hamı görmək istəyir. Amma olmaz, efirdir".