Pandemiya dövrünü ailəsi ilə birlikdə Almaniyada keçirən Tarkan yeni imicini sosial media hesabında paylaşıb.
Unikal.org xəbər verir ki, meqastarın "Instagram"dan etdiyi paylaşımları hər kəsin diqqətini çəkib. Belə ki, saçlarını uzadan və 90-ci illərin imicini öz üzərində cəmləşdirən Tarkan fotosuna "Salam əzizlərim, darıxıram",- qeydini yazıb.
Bildirək ki, müğənni həyat yoldaşı Pınar Tevetoğlu və qızları ilə birlikdə uzun müddətdir Almaniyada yaşayır.