Misirli milyarder sevgilisi Mohammed Alsaloussidən hamilə olan Türkiyənin məşhur sosial şəbəkə fenomeni Şeyma Subaşının övladı tələf olub.
Unikal.org xəbər verir ki, o bu barədə "Instagram" hesabında məlumat verib:
"Daha əvvəl yüksək stress səbəbiylə toyun təxirə salındığını yazmışdım. Təəssüf ki, stress övladımı itirməyə səbəb oldu. Çox üzgünəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Yas tutmaq və emosiyalarımın öhdəsindən gəlmək üçün vaxt lazımdır".
Qeyd edək ki, Şeyma Subaşının daha öncə evli olduğu Acun Ilıcalıdan nikah bağlamadan əvvəl Melisa adlı qızı dünyaya gəlmişdi.