Müğənni İradə İbrahimova şəkillərinə tənqid yazanlara cavab verib.
Unikal.org xəbər verir ki, sənətçi son paylaşımında onu arıqlığına görə tənqid edənləri qınayıb:
"Özlərincə, məndə səhv, nöqsan tapmağa çalışanlara səslənirəm. Öncə hər yaradılışda yaradanı gördüyüm üçün sizin "Çox arıqsan, yaraşmır", "Çökmüsən", "Çirkinsən" kimi nə görən ürəyinizdən, nə də sözlərinizdən incidiyim üçün yazıram. Bunu qeyd etmək və nacizanə səslənmək istəyirəm.
Qızlar, təhsil alın, özünüzü tərbiyyə, inkişaf edin. Heç kimin və heç nəyin sizi susdurmağına, bir tikə kimi udmağına icazə verməyin. Sosial media, sadəcə selfi və "swipe up" üçün istifadə etdiyimiz bir platform deyil. Olmamalıdır... Qadın dediyimiz varlıq, sadəcə pal-paltar, makiyaj, gül-çiçək, oyuncaq deyil. Mənfi keyfiyyətlər də nümunə deyil.
Oyanın! Bir zamanlar "Mercedes"in keyfiyyətsiz maşınlar üçün dediyi şüar kimi "O başında beyin olmazsa, gözəlliyin bir qəpiyə dəyməz". Qadın haqqın nurudur, halikdir, məxluq deyil. Qadın insanlığın, mədəniyyətin aynasıdır".