Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsberqis və Boqdan Auresku Azərbaycana səfər yola düşüb.
Unikal.org xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri "Twitter"də bildirib.
Xatırladaq ki, nazirlər 25-26 iyun tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstanda yüksək səviyyəli görüşlər keçirəcəklər. Onlar Bakıdan sonra İrəvana və Tbilisiyə səfər edəcəklər. İyunun 26-da Gürcüstanda səfərin yekunları ilə bağlı mətbuat konfransı olacaq.
XİN rəhbərləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin tapşırığı ilə regiona səfər edirlər.