Əməkdar artist Almaz Orucova oğluna toy edir.
Unikal.org xəbər verir ki, müğənni yeganə övladı Azəri evləndirir. Orucova bu haqda "Günün sədası" verilişində deyib.
"Söz kəsdik. Nişan payızda olacaq. Özünün seçdiyi, illərdir tanıdığı xanımla ailə qurur. Bir kişi bir qadının, bir qadın bir kişinin əlini tutursa, heç vaxt buraxmasın. Ən böyük arzumdur ki, çətinlik olsa da onu bir yerdə keçsinlər" deyə, A.Orucova deyib.