Türkiyəli məşhur sosial şəbəkə fenomeni Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussidən ayrılıb.

Unikal.org xəbər verir ki, Şeyma birlikdə olan bütün fotolarını İnstaqram səhifəsindən silib. Subaşı daha sonra ayrılıq xəbərlərini təsdiqləyib.

Bildirək ki, Şeyma Mohammedlə evlilik planı qururdu. Cütlük İbizada toy etməyə hazırlaşırdı. Fenomen hamilə olduğunu əvvəl dansa da, sonra təsdiqlədi. Bir neçə gün sonra isə o, övladını itirdiyini və toyun vaxtını dəyişdiklərini deyib. Bütün bunlardan sonra cütlük ayrılma qərarı verib.