Aktrisa Hande Erçel bacısı Qamze Erçel ilə bir dərgi üçün obyektiv qarşısına keçib.
Unikal.org türk mediasına istinadən xəbər verir ki, sənətçi 2019-cu ildə itirdiyi anası Aylin Erçel və bacısından danışıb. O bildirib ki, bacısı hər zaman onu qoruyur:
"Qamze hər zaman safdır, ağlına gələni danışar. Soyuqqanlıdır, hər zaman reaksiya verməz. Onun ən böyük özəlliyi hadisələri ürəyinə salmamasıdır. Onun bu xasiyyəti məndə olsun istəyirəm. Anam həyatımın memarıdır, atdığım addımlarda onu düşünürəm. Xəyallarımın ardınca o mənimlə qaçdı. Bacısı olanlar şanslıdır. Mən də... Bizi bir-birimizdən daha çox tanıyan, qoruyan ikinci adam yoxdur. Məni ən çox qoruyan bacımdır".