Hollivud ulduzu Ben Afflek yenidən münasibətə başladığı müğənni-aktrisa Cennifer Lopezlə evlənmək istəyir.

Unikal.org xəbər verir ki, bu barədə "The Sun" nəşrinə cütlüyə yaxın mənbələrdən biri açıqlamasında deyib.

O bildirib ki, aktyor Cey Lo ilə bu ilin sonuna qədər ailə qurmaq niyyətindədir.

Mənbənin sözlərinə görə, Afflek sevgilisinə onun doğum günündə - 24 iyul tarixində evlilik təklifi edəcək.

Qeyd edək ki, Cey Lo bir neçə ay əvvəl nişanlısı Aleks Rodrigezdən ayrılıb. O, Ben Affleklə 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar.