Sahib Mirzəyev “İnterpol”dakı adamlarını yanına aparır
Sumqayıt Polis İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyev şəhər polisində yeni təyinatlar həyata keçirib. Unikal.org-a daxil olan məlumata görə, S.Mirzəyev Sumqayıta rəis təyin olunduqdan sonra özünə yaxın kadrları da bu şəhərə aparır.
Daxil olan məlumata görə, Sumqayıt 4 saylı polis şöbəsinə yeni rəis təyin olunan Zaur Mehdizadə də S.Mirzəyevin kadrıdır. Belə ki, o, S.Mirzəyevlə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunda uzun müddət birlikdə işləyib. Indi də keçmiş rəisinin yanına, Sumqayıta polis şöbəsinə təyinat alıb. Bildirək ki, Z.Mehdizadənin atası Yunis Mehdizadə biznesmendir.
Qeyd edək ki, Sahib Mirzəyev daha öncə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsini tuturdu. Ötən ilin sonunda isə daxili işlər naziri Ramil Usubovun əmri ilə Sumqayıt Polis İdarəsində rəis təyin olunub. Sumqayıtın keçmiş rəisi polkovnik-leytenant Əkbər İsmayılov isə nazir Ramil Usubovun sərəncamı ilə DİN-nin Baş Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.
Onu da bildirək ki, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosundan Sumqayıt polisinə təyinatların davam edəcəyi bildirilir. Mənbəmiz iddia edir ki, Sahib Mirzəyev daha bir neçə yaxın adamını işlədiyi şəhərə aparacaq.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)