Xalq artisti Brilliant Dadaşova "Fəlidon doğru xəbər" verilişinə qonaq olub.
Unikal.org xəbər verir ki, müğənni "Maç-maç" mahnısının Türkiyədə yayımlanmasından yüksək qonorar aldığını etiraf edib. Belə ki, aparıcının "Nə qədər qazanmışınız? Neçə sıfır var idi" sualına belə cavab verib:
"Onlar məndən icazəsiz mahnıdan istifadə ediblər. Zəng etdilər ki, 11 aydır reklamda mahnınız yayımlanır, 1 ay da keçsə, heç nə sübut edə bilməyəcəksiniz. Getdim, sübut etdim və 5 illik müqavilə imzaladım. Sonra Azəri qızı Günel mahnını oxumaq istədi. İbrahim Tatlısəs dedi ki, aranjiman da edilib. Onlara deyə bilmədim ki, 5 il mahnını heç kim oxuya bilməz. Onlardan yaxşı pul almışdım. Həmin pulla İstanbuldan ev də aldım".