Əməkdar artist Cavanşir Məmmədov həmkarlarının toy məclislərini əlindən alır.
Unikal.org xəbər verir ki, müğənni "10-da görüşək" verilişində bunu təsdiqləyib. O bildirib ki, sənətçilərin baha qiymətə danışdığı toyların sahiblərinə ucuz qonorar deyərək, onları sıradan çıxarıb:
"Bir dəfə Səməd Səmədov dedi ki, nə edirsən, toylarım əlimdən gedir. Qayıtdım ki, mən gedən toyda oğlan doğulur. Nə deyim, dostumdur. Mənim siyasətim var. Bir toyda ər-arvad oturub, olacaq toylarına Səməd Səmədovu çağırıblar. Min manat beh veriblər. Yaxınlaşır mənə ki, toya neçəyə gedirsiz? Deyirəm, Səməd nə qədər deyib? Deyir, 4500, qayıtdım ki, mən 3500 manata gəlirəm. Beh isə 500 alıram. Beləcə, toyu mənə verdilər, Səməd qaldı. Tək Səməddə yox, bir neçə müğənnidə bunu etmişəm. Qadın oxuyanlar da olub. 6 minə toy danışan xanım ifaçının da toyunu əlindən almışam.
İndi durub deyirlər qiyməti bahalaşdırmışam. Müğənni günahkar deyil. Gedib heç kimi məcbur etmir ki, gətir pul ver. Ev sahibi özünü tələyə salır. Gətir 3500 manatı mənə ver, qalan pulu da qoy cibinə. Oradan sizə 4-5-10 min qalır. Ver uşaqlar toydan sonra gedib Avropanı gəzib gəlsinlər".