Rusiyanın tanınmış aktrisalarından olan Natalya Smirnova vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə "Kino-teatr.ru" saytı məlumat yayıb. 60 yaşlı sənət adamının ölümünə səbəb COVID-19 olub.
Qeyd edək ki, Natalya Smirnova 16 may 1961-ci ildə Moskvada anadan olub. Teatrda çalışmaqla yanaşı bir sıra filmlərdə də rol alıb. Smirnovanın çəkildiyi məşhur filmlər arasında "Birlikdə xoşbəxtik", "Marqoşa", "Sklifosofski" kinolar var.