Türk kinosunun ustadı, aktyor, ssenarist və rejissor Kartal Tibet 83 yaşında dünyasını dəyişib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, bu barədə aktrisa Civan Canova instaqram səhifəsində yazıb.
“Gülə-gülə Kartal ağabəyim, səndən ötür çox darıxacağam”, - qeydi ilə o, tanınmış sənətkarın vəfatı xəbərini paylaşıb.
Qeyd edək ki, o, ilk dəfə “Tosun paşa” filminə rejissorluq edib. Kamal Sunalın oynadığı 20 filmin, rejissoru olub. Tibet bir sıra komediya və tarixi filmlərdə baş rolu oynayıb. Ümumilikdə isə 56 filmin rejissoru olub.