Daha bir neçə ölkənin vətəndaşlarının Almaniyaya səyahət etməsinə icazə verilib.

Unikal.org xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları Almaniyaya turizm məqsədilə səfər edə bilərlər.