DİN Əkrəm Əylislinin qulağının kəsilməsi məsələsinə münasibət bildirdi
15:53 11-02-2013
CƏMİYYƏT
Daxili İşlər Nazirliyi “Müasir Müsavat” partiyasının rəhbəri Hafiz Hacıyevin mətbuatda səsləndirdiyi fikirlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a bildirib ki, məsələ ilə bağlı bizdə rəsmi məlumat yoxdur: “Cəmiyyətdə tutduğu mövqedən, sosial-siyasi mənsubiyyətindən olmayaraq heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur. Bununla əlaqədar yayılmış məlumatlar tərəfimizdən araşdırılacaq və qanuna müvafiq formada araşdırmaların nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, Əkrəm Əylislinin “Daş yuxular” romanının ictimai müzakirələrə çıxmasından sonra Müsair Müsavat partiyasının rəhbəri olan Hafiz Hacıyev yazıçının qulağının kəsilməsini tələb edib. Hətta partiya lideri bunu edəcək şəxsə 10 min manat mükafat fondu da təyin edib.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)