YAP qurultay tarixini açıqladı
17:39 11-02-2013
SİYASƏT
“Yeni Azərbaycan Partiyasının növbəti qurultayı avqust ayında keçiriləcək”.
Bu barədə Modern.az saytına açıqlamasında hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib. Partiya qurultayının prezident seçkiləri ilə bağlı olduğu deyən deputatın sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki kampaniyası rəsmən elan edildikdən sonra YAP hazırlıq prosesinə başlayacaq.
“Bizim qurultayımız seçki ilə bağlı olacaq. Ona görə də seçki prosesinə rəsmi start veriləndən sonra Yeni Azərbaycan Partiyası qurultayını keçirəcək.”,- deyə YAP rəsmisi bildirib.
Hakim partiya budəfəki - V qurultayında 2013-cü il prezident seçkisində namizədini irəli sürməlidir.
Xatırladaq ki, YAP-ın IV qurultayı 2008-ci il avqustun 2-də keçirilib. Həmin qurultayda İlham Əliyev yekdilliklə partiyanın sədri seçilib. Həmçinin, qurultay növbəti prezident seçkilərində (15 oktyabr 2008-ci ildə) YAP sədri İlham Əliyevin namizəd kimi irəli sürülməsini yekdilliklə qərara almışdı.
Nizamnaməyə görə, partiyanın qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir.
Digər Xəbərlər
2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09

2025-02-27 17:16:34

2025-02-27 17:04:38

2025-02-27 16:32:32

2025-02-27 14:53:50

2025-02-27 14:52:52

2025-02-27 13:23:33
