Qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi yenidən Fransa parlamentinə təqdim olunub
18:40 11-02-2013
SİYASƏT
Qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsi Fransa Milli Assambleyasına təqdim olunub.
APA-nın “Novosti-Armenia”ya istinadən verdiyi məlumata görə, bu qanun layihəsinin də müəllifi “Xalq Hərəkatı Uğrunda İttifaq” partiyasının deputatı Valeri Buayedir.
Qanun layihəsi Avropa Parlamentinin qəbul etdiyi “Soyqırımın və hərbi cinayətlərin inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulması” maddəsinə əsaslanır. Yeni qanun layihəsi “erməni soyqrımını”nı inkar edənlərin bir il həbs və 45 min avro cərimə ilə cəzalandırılmasını nəzərdə tutur.
Qeyd edək ki, ötən il analoji qanun layihəsinin qüvvəyə minməsinin qarşısı Konstitusiya Məhkəməsi tərəfindən alınıb. Konstitusiya Məhkəməsi söz azadlığına zidd olduğunu əsas gətirərək qeyd olunan qanunu qüvvədən salıb.
Digər Xəbərlər
2025-03-03 23:21:10

2025-03-03 20:58:24

2025-03-03 20:01:07

2025-03-03 18:57:43

2025-03-03 16:10:23

2025-03-03 12:44:53

2025-03-03 12:18:17

2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40
