Qəzaya uğrayan helikopterlə bağlı cinayət işi başlandı
10:48 12-02-2013
CƏMİYYƏT
Helikopterin qara qutusunun tapıldığı bildirilir
Azərbaycanda hərbi helikopterin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə hərbi mənbələrdən məlumat verilib.
Məlumata görə, baş vermiş faciəli hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İlkin ehtimala görə, hadisəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hazırda bütün dəlil və sübutlar üzərində iş aparılmaqla zəruri istintaq tədbirləri davam etdirilir.
Rəsmi təsdiqlənməmiş məlumata görə, helikopterin qara qutusu da artıq tapılıb.
Qeyd edək ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.
R. Rüstəmov və B. Zeynalovun meyiti tapılaraq sudan çıxarılıb, Y. Əhmədovun meyitinin axtarışları isə davam etdirilir.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)