Türkiyənin Marmaris şəhərində Milli İstehbarat Təşkilatı (MİT) və Jandarm qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində Yunanıstana qaçmağa çalışan 3 FETÖ üzvü və 4 təşkilatçı qadın saxlanılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılanların Yunanıstanın Simi adasına qaçmağı planlaşdırdığı üzə çıxıb.
Faktla bağlı araşdırmalara başlanılıb.