MTRŞ telekanalları cəzalandırmaqdan vaz keçdi
10:54 12-02-2013
CƏMİYYƏT
Milli Televiziya və Radio Şurası (MTRŞ) reklamla bağlı qanunvericiliyi pozan telekanallara qarşı sərt cəza veriləcəyi ilə bağlı xəbərdarlığını tətbiq etməyib.
Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
N. Məhərrəmlinin sözlərinə görə, buna səbəb nöqsanlara yol verən telekanalların səhvlərini düzəltməsidir: “Ötən ilin dekabr ayında aparılan monitorinqin nəticələrinə görə reklamla əlaqədar kanallara iradlarımızı bildirdik. Ötən müddət ərzində onlar həmin nöqsanları aradan qaldırdılar. Buna görə də yanvar ayının sonunda biz yenidən bu məsələyə qayıtmadıq. Telekanallarda reklamlarla əlaqədar vəziyyət ürəkaçan deyildi. Amma qısa zaman ərzində bu nöqsanlar aradan qaldırıldı”.
Qeyd edək ki, bir müddət əvvəl Şura sədri APA-ya açıqlamasında reklamla əlaqədar qanunvericiliyi pozan telekanallara qarşı birbaşa cərimələrin tətbiq olunacağını demişdi.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)