Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 50 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 226 min 513 nəfər test edilib, onların 7 min 767-nin koronavirus testi pozitiv nəticə verib, 4 min 152 nəfər sağalıb.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca keçən həftə ilə müqayisədə ölkədə COVID-19-a yoluxma sayının 30 faiz artdığını vurğulayıb.