Goranboyda yük maşını iri buynuzlu mal-qaraya çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə Səfikürd-Naftalan avtomobil yolunun Goranboy rayonunun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.
Goranboy rayonunun Qarqucaq kənd sakini, 1966-cı il təvəllüdlü C.İbrahimov idarə etdiyi 54 saylı Xocalı Yol İstismar İdarəsinə məxsus “Qazel” markalı avtomobillə hərəkətdə olan zaman rayonunun Səfikürd kənd sakini, 1974-cü il təvəllüdlü Allahverdiyev Teymur Tahir oğluna məxsus 1 baş iri buynuzlu mal-qaranı vurub. Mal-qara hadisə yerində tələf olub.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov