Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.
Unikal.org xəbər verir ki, Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama görüşü də keçirəcək.
Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.
Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.
21 iyul
16:30. Azərbaycan –Macarıstan (FHN)
22 iyul
16:30. Azərbaycan – Belarus (FHN)
23 iyul
16:30. Azərbaycan – Macarıstan (AVF)
25 iyul
10:30. Azərbaycan – Belarus (AVF)