Ukraynanın turizm şəhərlərindən biri olan Lvov hava limanında həyəcan təbili çalınıb.

Unikal.org xəbər verir ki, hava limanına bomba qoyulduğu bildirilib. Belə  ki, aidiyyatı qurumlar əraziyə cəlb edilib. Bundan sonra insanlar təxliyə olunaraq,  təhlükəsiz əraziyə aparılıb.  

Bomba olduğunu bildirən şəxs  isə polis tərəfindən axtarılır.  Hava limanı  səhər saatlarından nəzarət altında saxlanılır.