Rəsmi açılış mərasimi bu gün baş tutacaq Tokio Olimpiadasının daha 19 iştirakçısında koronovirus qeyd alınıb.
Unikal.org xəbər verir ki, Oyunların təşkilat komitəsi bu haqda açıqlama yayıb.
Yeni yoluxanlardan onlardan üçü Atletlər kəndində yaşayan rezidentlərdir. Qeyd edilir ki, COVID-19 virusunun aşkar edildiyi şəxslərdən üçü əcnəbi idmançı, üçü əcnəbi jurnalist, 10-u Olimpiya nümayəndə heyətinin üzvü və daha üçü müqavilə ilə işləyən əməkdaşlardır.
Beləliklə, iyulun 23-dək olan məlumata görə Olimpiya Oyunları ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb. Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si Atletlər kəndə yaşayır.