Covid-19 pandemiyası daha iki idmançının Tokio-2020 Yay Olimpiya Oyunlarında qarşısını kəsib.  

Unikal.org-un məlumatına görə, bu barədə Olimpiadanın Təşkilat Komitəsindən məlumat yayılıb. 

Çimərlik voleybolu üzrə Çexiya cütlüyü yarışdan kənarda qalıb. Bunlar Barbara Hermanova və Marketa Slukovadır. Onların qrupdakı rəqiblərinə texniki qələbələr veriləcək.

Qeyd edək ki, daha öncə meksikalı taekvondoçu Fernanda Aqirre və niderlandlı skeytbordçu Kendi Ceykobs da eyni səbəbdən Olimpiada ilə vidalaşıb.