Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Unikal.org-un məlumatına görə, üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə qüvvəsini sınayıb.

Mübarizəyə təsnifat mərhələsindən qoşulan idmançı 4 dəqiqə 19,40 saniyə nəticə göstərərək, öz qrupunda sonuncu - 8-ci olub. O, digər qrupların nəticələrindən də asılı olaraq, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib.