"İnter" klubunun futbolçusu Arturo Vidal bu yay komandanın sıralarını tərk edə bilər.
Unikal.org xəbər verir ki, klub rəhbərliyi 34 yaşlı yarımmüdafiəçinin müqaviləsini vaxtından əvvəl ləğv etmək qərarına gəlib. "İnter" maaş üçün ödənişləri azaltmaq üçün çilili oyunçu ilə müqavilənin mümkün ləğvini müzakirə edir.
Qeyd edək ki, 2020-ci ildə "nerradzurra"ya transfer edilən Vidal ötən mövsüm 30 oyunda meydana çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.