Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.
Unikal.org xəbər verir ki, 1/16 finalda şahmatçımız Vasif Durarbəyli özbəkistanlı Nadirbek Abdusattorovla tay-brekdə qarşılaşıb. Rəqibini 4:2 hesabla məğlubiyyətə uğradan şahmatçımız 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, dünya kubokuna qatılan Azərbaycanın 7 şahmatçısından 6-sı (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.