Şahzadə Diananın qardaşı qızı Kitti Spenser 62 yaşlı milyarder Maykl Lyuisa ərə gedib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mərasim Romanın yaxınlığındakı Fraskati qəsəbəsində baş tutub. 30 yaşlı Kitti toyunda "Dolce & Gabbana"dan gəlinlik geyinib.
Məclisə cütlüyün ailə üzvləri, yaxınları və Mayklın əvvəlki nikahından olan uşaqları qatılıb.