Qaziantepdən havaya qalxan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın olduğu təyyarənin şüşəsi quş zərbəsi nəticəsində çatlayıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, zərbə nəticəsində təyyarə təcili olaraq Adana 10. Tanker Bazası Komandanlığına eniş edib.

Türkiyə Hərbi Hava Qüvvələrinə aid təyyarədə nazirlə yanaşı  bir sıra yüksək rütbəli hərbçilər olub.