Hakimiyyət Rail Rzayevin qatilini niyə tapmadı?
11:18 12-02-2013
CƏMİYYƏT
Müzəffər Baxış: «Bu cinayəti açmamaq mümkün deyil»
Fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin dördüncü ili tamam oldu. Işə gedərkən evinin yaxınlığında, xidməti avtomobilində başına açılan atəşlə öldürülən R.Rzayevin qətlinin üstü başqa səs-küylü qətllər kimi hələ də açılmayıb.
Şübhəsiz ki, istintaqın bu qədər uzanması dəlillərin azlığı, yaxud istintaqçıların qeyri-peşəkarlığı ilə bağlı deyil. Belə olan halda digər səs-küylü qətllər kimi bu cinayət işi bu günə qədər niyə açılmayıb?
Hüquqşünas Müzəffər Baxışın fikrincə, Rail Rzayev elə bir yerdə qətlə yetirilib ki, həmin cinayəti açmamaq mümkün deyil. Qətlin törədildiyi yerdə videokameralar mövcuddur və onlar da işlək vəziyyətdə olub.
Ekspert hesab edir ki, ölkəmizdə qəsdən adam öldürmə işlərini açmaq çox asandır. Çünki Azərbaycan milləti qətl işlərinə çox mənfi münasibət bəsləyir. Ona görə də qəsdən qətl törədiləndə ictimaiyyət özü hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə meyl göstərir və belə cinayətlərin gizlədilməsinin qarşısını almaq üçün bütün lazımlı tədbirləri görür. Bu baxımdan bu qətlin indiyə qədər açılmaması bir daha təsdiq edir ki, əslində hüquq-mühafizə orqanlarına bu qətli törədən, sifariş edən şəxslər bəllidir. Sadəcə olaraq onlar bu və ya başqa səbəblərdən, yaxud da ki, həmin qətlin açılması siyasi hakimiyyət üçün təhlükə törətdiyindən bunu elan edə bilmirlər: “Görünür, burda siyasi maraqlar var, onu görə də həmin cinayəti törədən və sifariş verən şəxslər barəsində ictimaiyyətə məlumat vermirlər. Həmin şəxsləri cinayət məsuliyyətinə cəlb edə bilmirlər ki, onları cəzalandırsındar. Əsas səbəb bundan ibarətdir”.
Digər Xəbərlər
2025-02-21 16:22:38

2025-02-21 16:09:00

2025-02-21 16:01:50

2025-02-21 15:45:00

2025-02-21 15:37:19

2025-02-21 15:35:31

2025-02-21 15:24:18

2025-02-21 15:13:45

2025-02-21 14:58:00

2025-02-21 14:53:52

2025-02-21 14:46:10
2025-02-21 14:40:43

2025-02-21 14:36:54

2025-02-21 14:33:32

2025-02-21 14:26:00

2025-02-21 13:59:13

2025-02-21 13:50:00
.jpg)
2025-02-21 13:44:02

2025-02-21 13:17:03

2025-02-21 13:17:00
.jpg)