Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı Xalq artisti Aygün Kazımovadan danışıb.

Unikal.org xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan sənətçi "Ən uğurlu duetiniz hansı olub" sualına belə cavab verib:

"Ən uğurlu duetlərim Aygün Kazımova ilə olandır. O ardıcıllıq onu davamlı və uğurlu etdi. Hətta işin ortasında oxuduğumuz əvvəlkindən çox sevildi. Hətta "Bağlanıram" ikinci duetimiz idi, amma daha çox sevildi".

Namiq Kazımova ilə yenidən duet oxumaq istədiyini deyərək "Yenə də duet oxuyaram. Nə zamansa, mütləq oxuyarıq. Maraqlı iş olmalıdır. Söz, musiqi yazmalıyam. Məsuliyyət mənim üzərimə düşür" sözlərini əlavə edib.