İtaliyada baş verən daşqınlar nəticəsində Hollivud ulduzu Corc Klunin də malikanəsi zərər görüb.

Unikal.org xəbər verir ki, İtaliyada 72 saat davam edən yağışların ardından yaranan sel aktyorun evinin önünə qədər çataraq eyvandan içəri daxil olub.

Hadisə zamanı aktyor, həyat yoldaşı Amal Kluni və əkizləri evdə olsa da hadisə nəticəsində zərər görməyiblər.

XVIII əsrə aid “Oleandar” adlı villanın qapısı və aşağı mərtəbədəki otaqlar isə yararsız hala düşüb.

Kluni olayın ardından bələdiyyə rəhbəri ilə əlaqə saxlayaraq sel daşqınlarında ziyan görmüş ailələrə yardım etmək üçün qəsəbə sakinləri ilə görüşüb. O, vəziyyətin təsəvvür etdiyindən daha pis olduğunu bildirib. 

Qeyd edək ki, bu, aktyorun təbiət olaylarından ilk ziyan görən malikanəsi deyil. Ötən il İngiltərədəki 12 milyon sterlinq dəyərində olan villası da "Dennis" qasırğası nəticəsində zərər görmüşdü.

Aktyor “Oleandar” adlı villanı isə 2002-ci ildə 10 milyon sterlinqə satın alıb.