Türkiyənin tanınmış simalardan biri olan Süreyya Yalçının sosial mediadan paylaşdığı fotosu gündəm yaradıb.
Unikal.org xəbər verir ki, Bodrumda tətildə olan Yalçın meşə yanğınları baş verən zaman foto çəkdirib. Belə ki, fotoda arxa fonda tüstünün havaya qalxması əks olunub. Buna baxmayaraq, Sürəyya həmin fotonu "Instagram"da paylaşıb.
Onun bu postuna izləyiciləri tənqidi şərh bildiriblər. Bodrumda başlayan yanğını görməməzlikdən gəlməsi qınaq obyektinə çevrilib. Bundan sonra Yalçın fotonu silib.
Qeyd edək ki, 2016-cı ildə evləndiyi Ozan Baranla ABŞ-da yaşayan Süreyya Yalçın, keçən həftə 46 çamadanla Bodruma gəlib.