Türkiyə yanğınla mübarizə apararkən, yeni barışdığı sevgilisi ilə tətil pozaları paylaşan Şeyma Subaşı yenidən qınaq obyektinə çevrilib.
Unikal.org xəbər verir ki, model bu dəfə "Instagram"da yaxtada türk bayrağı ilə fotosunu paylaşıb. Bundan əlavə Şeyma misirli sevgilisi Məhəmməd Alsaloussi ilə Bodruma gedərkən təyyarədə səmimi pozlarını da əlavə edib. Subaşının bu paylaşımı model Deniz Akkayada və sosial media izləyicilərində qıcıq yaradıb. İzləyicilər onun bu postuna tənqidi şərhlər yazıblar.
Hətta model Şeymanın bu paylaşımlarına şərh bildirib:
"Bu qızın xəbəri var ölkə yanır?! Və hazırda nə sən, nə də sevgilin heç kimin vecinə deyilsiniz! Nə Bodrumda mindiyin qayıq, nə də qaldığınız otelin otağı! Çıx get buradan gəldiyin yerə! Bir də türk bayrağına arxanı dönüb poz verirsən. Həqiqətən maraqlıdır, ölkədə müharibədən daha pis vəziyyət hökm sürdüyü halda, nə səbəbdən olursa-olsun, insanlara acıq verirmiş kimi şeylər paylaşmaq ruhi xəstəlikdir", deyə Deniz paylaşımında qeyd edib.
Artıq Şeymanın bu etinasız münasibətinə kədərlənmədiyini ifadə edən Deniz, həyatı ondan öyrənən övladına görə pis olduğunu vurğulayıb.