Şimali Koreyada günlərlə davam edən leysan yağışları daşqınlara səbəb olub.
Unikal.org xəbər verir ki, təbii fəlakət nəticəsində 1100-dən çox evə ziyan dəyib, minlərlə insan təxliyə edilib.
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş sərhəd məhdudiyyətləri və beynəlxalq sanksiyalar səbəbilə xarici ölkələrin idxal və yardımlarından məhrum olan Şimali Koreya, ərzaq tədarükünün bitməsindən əziyyət çəkir.
Ştatın "KRT" telekanalının cümə axşamı verdiyi xəbərə görə, güclü yağış Şimali və Cənubi Hamgyong əyalətlərinə xeyli zərər vurub, evləri, körpü və bəndləri uçurub.
Ölkə səlahiyyətliləri isə avqust ayında bu kimi təbii fəlakətlərin yenə baş verəcəyini istisna etmir.
Ağarza Elçinoğlu