"Səhhətim yaxşıdır. Demək olar ki, hər şey qaydasındadır. Toylara da dəvət alıram".
Bunu Unikal.org-a xalq artisti Niyaməddin Musayev açıqlamasında deyib. Müğənni toylara getsə də, koronavirusdan qorunduğunu dilə gətirib:
"Koronavirusa yoluxmağımın 6 ayı tamam olmadığına görə, hələ ki, vaksin vurdurmamışam. Buna baxmayaraq, el şənliklərində iştirak edirəm".
Qeyd edək ki, aprel ayında Covid-19-a yoluxan xalq artisti 20 gün xəstəxanada müalicə aldıqdan sonra sağlamlığına qovuşmuşdu.
Gülayə Mecid