Rusiyanın ən populyar ulduzu MakSim kimi tanınan Marina Maksimovada gizli xəstəlik aşkar edilib.
Unikal.org xəbər verir ki, özünü yaxşı hiss etmədiyi üçün iyun ayında xəstəxanaya aparılan müğənniyə ilkin tibbi yardım göstərilib. Lakin vəziyyətinin günü-gündən daha pisləşdiyini görən həkimlər MakSimi, koronavirus şübhəsi ilə reanimasiyaya yerləşdiriblər. Amma müğənninin koronavirus nəticəsi neqativ çıxıb.
Bundan sonra 1 aydan artıq komada olan müğənni gözlərini açsa da, xəstəliyi hələ də sirr olaraq qalır. Həkimlər onun gizli xəstəliyini üzərində araşdırmaların davam etdiyini bildiriblər.
Belə ki, ətraflı araşdırmalar nəticəsində Maksimovanın ağ ciyərlərinin təxminən 75 faizinin zədələndiyi açıqlansa da, bunun nəyə səbəb olduğu ilə bağlı dəqiq bir nəticə yoxdur.
Gülayə Mecid