"TV8"in rəhbəri Acun Ilıcalı Türkiyədə günlərdir davam edən yanğınlarda evlərini itirən vətəndaşlar üçün yardım kompaniyasına qoşulub.
Unikal.org xəbər verir ki, bu barədə aktryor Haluk Levent tvitter hesabında yazıb.
Belə ki, Acunun onun sahib olduğu "AHBAP" dərnəyi vasitəsi ilə reallaşacaq yardım kompaniyasına dəstək verəcəyini açıqlayıb.
Arcun müəyyən edilən 100 ailəyə 5 milyon TL ( 990 min manat) əşya yardımı göstərəcək.
Gülayə Mecid