Rusiya məhkəməsi, müxalifətçi Aleksey Navalnının qardaşına şərti cəza verib.

Unikal.org xəbər verir ki, onun cümə günü insanları COVID-19 məhdudiyyətlərini pozmağa təhrik etdiyi üçün cəza aldığı bildirilib. 

Qeyd edək ki, bu barədə onun vəkili Nikos Paraskevov "Twitter"də məlumat verib. 

Oleq Navalnı yanvar ayında qardaşının həbsi ilə bağlı genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılıb. Hazırda isə 1 il müddətində ev dustaqlığı yaşayır. 

Qeyd edək ki, Prezident Vladimir Putinin Rusiyadakı ən ciddi tənqidçisi və rəqibi olan Navalnının bir neçə müttəfiqi də oxşar ittihamlarla üzləşib.

A.Navalnı müxtəlif ittihamlarla 2 il müddətində həbs edilib. 

Ağarza Elçinoğlu