Türkiyənin Antalya şəhərində 10 gün davam edən meşə yanğınları nəzarət altına alınıb.

Unikal.org xəbər verir ki, bunu ölkənin Kənd və Meşə Təsərrüfatı naziri Bəkir Pakdemirli deyib.

Onun sözlərinə görə, bölgədə 10 gün ərzində 21 yanğın ocağı ilə mübarizə aparılıb.

Xatırladaq ki, yanğın səbəbilə Antalyanın Manavqat rayonunda 7 nəfər həyatını itirib.

Hazırda Türkiyənin dörd bölgəsində meşə yanğınları davam edir.

Ağarza Elçinoğlu