Azərbaycanda daha bir şirkət müəmması
13:48 12-02-2013
SİYASƏT
«İnşaat İnvestisiya Qrupu» ASC kimlərindir?
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Azərbaycan İnşaat İnvestisiya Qrupu” Açıq Səhmdar Cəmiyyətinin 1 milyon manat həcmində səhmlərinin emissiyasını qeydə alıb. Səhmlərin yerləşdirilməsi mövcud səhmdarlar arasında qapalı təklif üsulu ilə keçiriləcək.
Vergilər Nazirliyinin məlumatına görə, “Azərbaycan İnşaat İnvestisiya Qrupu” ASC 2011-ci ilin avqustunda dövlət qeydiyyatından keçib. Mülki Məcəlləyə görə, səhmdarlar təsis yığıncağına qədər səhmdar cəmiyyətin də iştirak payını ödəməlidir. Şirkət dövlət qeydiyyatından bu nizamnamə kapitalı ilə keçib ki, bu da o deməkdir ki, öz səhmlərinin dövlət qeydiyyatına görə müraciəti bir il yarım gecikdirib.
Hələlik bu şirkətin həyata keçirdiyi layihələr barədə məlumat yoxdur. Ən azı bizim aidiyyatı qurumların rəsmi saytları və ümumiyyətlə, internet üzərindən axtarışlarımız nəticəsində belə layihələrlə bağlı məlumat əldə etməyimiz mümkün olmadı.
Haqqında danışılan şirkətlə bağlı başqa bir müəmma da var. Belə ki, 2012-ci ilin iyunundan Azərbaycanda kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin təsisçiləri haqda məlumat məxfi sayılır. Odur ki, hələlik “Azərbaycan İnşaat İnvestisiya Qrupu” ASC-nin təsisçiləri haqda məlumat yoxdur. Amma bu ASC-nin hansısa iri məmurun nəzarətində olması istisna edilmir. Şirkətin adından isə onun daha çox tikinti biznesində üstün mövqeləri olan məmurlardan birinə bağlılığı ehtimalını irəli sürmək mümkündür.
"Unikal" qəzeti
Digər Xəbərlər
2025-03-03 23:21:10

2025-03-03 20:58:24

2025-03-03 20:01:07

2025-03-03 18:57:43

2025-03-03 16:10:23

2025-03-03 12:44:53

2025-03-03 12:18:17

2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40
