Daha bir serial eşqi gerçək olub.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, "Baht oyunu" serialında baş rolları canlandıran aktyor Aytaç Şaşmazla həmkarı Cemre Bayselin eşq yaşadığı bildirilib.
Aytaçı doğum günü münasibəti ilə təbrik edən Cemre həmin anların fotosunu İnstaqram hesabında yayımlayıb. "Nə yaxşı ki, dünyaya gəldin, yaxşı ki, varsan, dünyanın ən gözəl qəlbli insanı" sözləri ilə onu təbrik edib.
Səmimi şəkildə poz verən cütlüyün eşq yaşadığı iddia olunub.