Aktrisa Nəsrin Cavadzadə sevgilisi aktyor Gökhan Alkanla evliliyi ilə bağlı sualları cavablandırıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa haqlarında çıxan məlumatları təəccüblə oxuduğunu bildirib. O, Türkiyədə davam edən yanğınların fonunda evliliyi ilə bağlı danışmaq istəmədiyini də vurğulayıb:
"Biz də detalları qəzetlərdən oxuyuruq. Nişan baş tutub. Çox sevdiyim dostlarımız da var idi. Mənim üçün sürpriz oldu. İnsanlar yanğınla mübarizə apararkən bu mövzuları danışmaq məni kədərləndirir. Yaşadığım bütün sevinclərin üstündə bir kölgə var. Çox kədərliyəm. Belə bir dövrdə toydan danışmayaq".