Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 6 PKK terrorçusunu zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatlar Zaviyan və Şaala rayonlarında, həmçinin Tal-Cican və Tal-Unayb yaşayış məntəqələrində həyata keçirilib.

Öldürülən terrorçulardan birinin avqustun 5-də inşaat texnikasına və təcili yardım maşınına hücumda iştirak etdiyi, nəticədə iki nəfərin öldüyü məlum oldu.