"Taliban" hərəkatı Əfqanıstanın şimal-şərqində Tahar əyalətinin mərkəzi Talukan şəhərinin tutulduğunu elan edib.

Unikal.org xəbər verir ki, Əfqanıstan və adıçəkilən əyalətin rəsmi hakimiyyəti hələ bu bəyanatı şərh etməyib.

"Gecə yarı Tahar əyalətinin paytaxtı bütün obyektləri - qubernatorun iqamətgahı, polisin, kəşfiyyat mərkəzinin, həbsxananın və bütün dövlət idarələrinin qərargahı ilə tutulub", -deyə "taliblər"in mətbuat katibi Zabihulla Mücahid "Twitter"də bildirib.


Daha əvvəl bazar günü səhər Mücahid bildirib ki, sözügedən terrorçular Sari-Pul və Kunduz əyalətlərinin mərkəzlərini tutublar. Ancaq sonra Əfqanıstan ordusunun xüsusi təyinatlı dəstəsinin Kunduz şəhərinin təmizlənilməsi üzrə əməliyyat keçirməsi barədə məlumat yayıb.