Britaniya şahzadəsi Endryu məhkəmə qarşısına çıxarıla bilər.
Unikal.org xəbər verir ki, buna səbəb kral ailəsi üzvünün 20 il öncə amerikalı qadını zorlamaqda ittiham edilməsidir.
37 yaşlı ABŞ vətəndaşı Virciniya Roberts iddia edib ki, 17 yaşında ikən şahzadə Endryu tərəfindən seksual zorakılığa məruz qalıb.
Qeyd edək ki, Bukinqam sarayı iddihamları rədd edərək, onu əsassız adlandırıb. Hazırda Britaniya Kraliçası II Yelizavetanın nəvəsinin məhkəmə qarşısına çıxarılması Robertsin məhkəməyə müraciət edib-etməməsindən asılıdır.